Sumqayıtda ödəmə terminalından oğurluq etmək istəyən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, ötən gün Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində “Milli ön” ödəmə terminallarının birindən qapının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilib.