Azərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 11-14 dərəcə isti olacaq. Bakıda gecə 5-7 dərəcə isti, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normdan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək.