Şamxal Həsənov "Xəzər" televiziyasının rəhbəri vəzifəsində fəaliyyətini davam etdirir.

Pravda.az-ın xəbərinə görə, bu gün telekanalın "Youtube" səhifəsinin izləyicilərinin bir milyonu ötməsi münasibətilə hazırlanan tortu Ş.Həsənov kəsib. O, bu münasibətlə müsahibə də verib, təbriklərini çatdırıb. 

Qeyd: Şamxal Həsənov Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun oğludur. Ş.Həsənovun telekanaldan uzaqlaşdırıldığı bildirilirdi. Hətta bu məsələ barəsində televiziyanın əməkdaşları da məlumatlandırılmışdı. Telekanalın rəhbəri vəzifəsinə Xalq artisti Murad Dadaşovun təyin edildiyi deyilirdi.