Səhiyyə naziri Oqtay Şirəliyevin 14.01.2020-ci il tarixli əmrinə əsasən Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
Oqtay Şirəliyev Respublika Narkoloji Mərkəzinin baş direktorunu işdən çıxardı
Bu barədə Pravda.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səhiyyə nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.