BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə ETSN-nin şikayəti üzrə qərar verdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi  “Fullcom” MMC barəsində İnzibati Xətalar Məcəlləsinni 266.1-ci maddəsi ilə protokol tərtib edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarıb.

 

Məhkəmənin bu qərarından Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

 

Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Xəzər Rayon Məhkəməsinin qərarı ləğv edilib və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılıb.

 

Qeyd edək ki, İXM-nin 266.1-ci maddəsi istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması barədədir.

 

Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

 

Xatırladaq ki, “Fullcom” MMC tikinti şirkətidir.

Tarix: 14 Yanvar 2020, 17:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin