BURADA REKLAMINIZ OLA
BİLƏR

Manatın məzənnəsi ilə bağlı mühüm açıqlama

“Türkiyə lirəsi yenidən dəyərdən düşür. Hazırda 1 dollar 8,4 lirə səviyyəsində qərarlaşıb. Bu dəyişikliklərin Azərbaycan manatına təsir etməyəcəyi ilə bağlı Mərkəzi Bank sədrinin  açıqlaması mövcud narahatlıqdan qaynaqlanır. O bunu neftin qiyməti ilə əsaslandırmaqla yenə də Azərbaycan iqtisadiyyatının xarici bazarlardan və şoklardan asılılığını etiraf edib”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

 

“Nefti qiymətinə gəlincə, ona artırıcı təsir göstərən Suveyş kanalında 1 həftədir ki, tıxanan   Ever Given gəmisi dünən hərəkətə gəlib, artıq kanal normal fəaliyyətə qayıdır. Təbii ki, bu neft qiymətlərini az da olsa, ucuzlaşdıracaq. Digər tərəfdən də martın 31-də və aprelin 1-də OPEK çərçivəsində təşkil olunan müzakirələrdə gözlənilən qərarlar da neftin qiymətlərinə təsirsiz ötüşməyəcək” – Q.İbadoğlu qeyd edib.

 

Tarix: 30 Mart 2021, 23:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin