BURADA REKLAMINIZ OLA
BİLƏR

Rafael Dadaşovun qızı: "Atam güclə nəfəs alır"

"Ona əsəbləşmək olmaz. Güclə nəfəs alır. Özü bu barədə heç bir şey demək istəmir".

 

Pravda.az-ın xəbərinə görə, Xalq artisti Rafael Dadaşovun qızı müğənni Səidə Dadaşova deyib. O, həmçinin hazırda atasının ev şəraitində müalicə aldığını bildirib:

 

"Atam hazırda evdə müalicə olunur. Yeni ildə nəvələrinin, balalarının yanında olsun deyə evə gəlib. Artıq xəstəxanadan qayıtmasını tələb edirlər. Müalicəsi gedir, nəzarətdədir".

 

Qeyd edək ki, dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib. Daha sonra Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun müalicəsini öz üzərinə götürüb. Belə ki, Xalq artistii R.Dadaşov "Bona Dea International Hospitalı"na yerləşdirilib və hazırda müalicəsi həmin xəstəxanada davam etdirilir.Sonxeber.az

Tarix: 15 Yanvar 2020, 11:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin