“Əvvəllər Bakı-Sumqayıt yolu 7-10 min avtomobilin hərəkəti üçün hesablanaraq tikilib. Hazırda isə bu rəqəm xeyli artıb”.
Bakı-Sumqayıt yolunun genişləndirilməsi işinin başa çatacağı vaxt açıqlandı
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
“Son zamanlar bir sıra sənaye məhəllələri və parkları açılıb deyə Bakı-Sumqayıt yolu ilə hərəkət edən avtomobillərin sayı kəskin artıb. Hesablamalarımıza görə, hazırda Bakıdan Sumqayıta hər gün 12-14 min, Sumqayıtdan Bakıya isə hər gün 10-12 min avtomobil gedir. Həmin istiqamətində 28 km-lik məsafədə yolun genişləndirilməsi başlayıb. May ayının sonuna (iyuna) qədər bu işləri görüb yolu vətəndaşların istifadəsinə verməyi düşünürük” - qeyd edib.