BURADA REKLAMINIZ OLA
BİLƏR

Orfoqrafiya lüğəti çap olunmamış AMEA-ya qaytarıldı - SƏBƏB

2019-cu ildə nəşriyyata göndərilən Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" çap olunmamış Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) qaytarılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, lüğətin çapının gecikməsinin səbəbi AMEA tərəfindən nəşriyyata elektron versiyada göndərilməsi olub.

 

Belə ki, 2019-cu ilin noyabr ayında elektron formada nəşriyyata göndərilən "Azərbaycan dilinin orfoqrafiya lüğəti"  prosesə uyğun olaraq nəşriyyatda kağız versiyasına köçürülüb.

 

Daha sonra yenidən baxılması üçün AMEA-nın Dilçilik İnstitutuna təhvil verilib. Hazırda lüğətə AMEA-da təkrar baxış keçirilir və tam yoxlanışdan sonra lüğət çap olunması üçün yenidən nəşriyyata təqdim ediləcək.

 

Qeyd edək ki, bundan əvvəlki orfoqrafiya lüğətində olmayan, təxminən, 4000 yeni söz Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə daxil edilib. Bununla yanaşı, əvvəlki lüğətdə olan, təxminən, 1000 söz isə yeni lüğətə daxil edilməyib.

 

Xatırladaq ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 5 ildən bir hazırlanmalıdır. Sonuncu dəfə "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 2013-cü ildə çap olunub. Bu da o deməkdir ki, lüğətin çapı 2 ildir gecikdirilir.

 

 

Tarix: 15 Yanvar 2020, 12:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin