ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi əməkdar artist Vasif Məhərrəmli olub.
Pravda.az-ın xəbərinə görə, sənətçi sosial şəbəklərin təhlükəli olduğundan gileylənib:
“Anar Nağılbazın dünyasını dəyişməyində sosial şəbəkələrdəki rəylərin rolu böyük oldu. Anar dünyasını dəyişəndə həmin pis rəy yazan insanlar az da olsa vicdan əzabı çəkdilərmi? Həmin an yanlarında olub, sifətlərini görmək istərdim. Burada güclü olmaq lazımdır. Güclü olmayan insan qəbrə qədər gedə bilər”.