Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

MSK DSK-nı xüsusi nəzarətə götürdü

1 096
Paylaş:
MSK DSK-nı xüsusi nəzarətə götürdü

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 1 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Pravda.az-ın xəbərinə görə, 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu MSK-ya müraciət edib.

Onun müraciəti haqqında MSK-nın katibi Arifə Muxtarova məlumat verib. Katibin sözlərinə görə, R.Abbasov müraciətində qeyd edib ki, Dairə Seçki Komissiyası onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib: “Məsələni Mərkəzi Seçki Komissiyasının ekspert qrupu araşdırıb. Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib”.

Müzakirələrdən sonra Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı DSK-nın qərarını ləğv edib.

MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, həmin seçki dairəsi xüsusi nəzarətə götürülsün: “Çünki ola bilər ki, həmin seçki dairəsi bizə gələcəkdə müəyyən problemlər yarada bilər”.

Paylaş:

Ən son xəbərlər