“Ukrayna dövləti Leninin təklifi ilə yaranıb, Donbas, Xarkov və Odessa Ukraynaya verilib.
Pravda.az Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə ilə müsahibəni təqdim edir:
- Araz müəllim, əraziləri işğal olunan Ukrayna Donbası geri qaytarmaq niyyətindədir. Lakin Rusiya buna maneə olmaq məqsədilə Ukrayna ilə sərhədə 100 minlik ordu cəmləşdirib. Dünyanın diqqətinin cəmləşdiyi bu münaqişə haqqında sizin fikirləriniz nədən ibarətdir?
- Ukrayna ətrafında baş verən vəziyyəti ABŞ gərginləşdirir. Prezident Vladimir Zelenski hakimiyyətə "sülhsevər prezident" şüarı ilə gəlmişdi. Lakin Zelenskinin gücü yox idi, güc strukturları faktiki onun əlində deyil. Az sonra prezident millətçilərin əlində fiqura çevrildi. Bayden prezident seçildikdən sonra Vladimir Zelenski bu xəttə meyl etdi. Bu gün ABŞ-ın əsas məqsədi odur ki, Rusiyanın “Şimal axını-2” layihəsinin qarşısını alsın. ABŞ çalışır ki, Ukraynada çaxnaşma törətsin. Onlar bilirlər ki, Putin Donbası tək qoymayacağı haqda söz verib. Yəni Putinin bu işə qarışmasını təmin etməklə Almaniyanı “Şimal axını-2” layihəsini dayandırmağa məcbur etmək niyyətindədirlər. Başqa sözlə, bu saat ABŞ üçün vacibdir ki, “Şimal axını-2”nin tikintisi başa çatmasın. Bunun üçün də əlindən gələni edirlər. Ukraynanı da buna görə qızışdırırlar.
- Ancaq Donbas Ukrayna ərazisidir...
- Bəli, buna heç bir şübhə yoxdur. Donbasda hazırda separatçılar oturub. Donbasda insanların separatçıların yanında olmasının əsas günahı Kiyevdə olub. Kiyevdə dil məsələsini qaldırılanda Donbas əhalisi bunun əleyhinə çıxdı. O zaman Viktor Yanukoviç qaçmışdı və ölkənin prezidenti yox idi. Ali Radanın sədri Turçinov göstəriş verdi, ordu Donbasa göndərildi və beləcə münaqişə başladı. Üstəlik millətçi batalyonlar yarandı ora tələsdi və s. Nəhayət onlar məğlub oldular və indiki vəziyyət yarandı.
- İndi Donbas Ukraynanın nəzarətinə qayıtmalı deyilmi?
- Qayıtmalıdır. Amma Ukrayna Minsk sazişini imzalayıb və onu yerinə yetirməlidir. Bu sazişi Ukrayna, Rusiya, Almaniya və Fransa imzalayıb. Həmin saziş BMT Təhlükəsizlik Şurasından qeydiyyatdan keçirilib. Odur ki, Ukrayna beynəlxalq öhdəliyini yerinə yetirməlidir.
- Qarabağ məsələsində görünmədimi ki, Minsk razılaşmaları sadəcə vaxt uzatmaqdan başqa bir şey deyil?
- Əgər Azərbaycan Ukrayna kimi üzərinə öhdəliklər götürsəydi, Azərbaycanı məcbur edəcəkdilər ki, öhdəlikləri yerinə yetirsin. Amma Ukraynanı heç kim məcbur etməyib ki, üzərinə öhdəlik götürsün. Həm də BMT Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirməyəndə əslində BMT-nin ixtiyarı var ki, ora müdaxilə etsin.
- Müharibə gözləyirsiniz?