İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, İmişli RPŞ-yə rayon ərazisindəki “Bəy hamamı”nın karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi barədə məlumat daxil olub.