BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya-Ukrayna müharibəsi nə vaxt başlayacaq? – İlqar Məmmdov açıqladı

“Rusiya və Ukrayna arasında bu həftələrin gərginliyi tezliklə Rusiyanın təşəbbüsü ilə müharibə mərhələsinə keçəsidirsə, bunun iki vacib mərhələdən sonra baş verəcəyini ehtimal eləmək olar:

 

1. AŞPA-nın aprel sessiyasının sona çatması (23 aprel);

 

2. Prezident Baydenin ABŞ tarixində ilk dəfə Türkiyəyə qarşı “genosid” iddiası ilə çıxış etməsi (24 aprel)”.

 

Pravda.az xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib. O qeyd edib ki, əgər Rusiya müahiribədə həqiqətən maraqlıdırsa, onda AŞPA sessiyasının bu müharibəyə dərhal hüquqi-siyasi qiymət vermiş hadisə olmamasına çalışacaq:

 

“Yəni gərək sessiya qurtarsın. Baydenin Türkiyəyə qarşı addım atması isə mümkün Ukrayna müharibəsində NATO birliyini və yardım əməliyyatlarını əngəlləyə bilər. Odur ki, Vaşinqton və Ankara arasında gərginliyin artması üçün çox faydalı olan “genosid” bəyanatının verilməsində Moskva çox maraqlıdır. Moskvanın müharibə planı varsa, lap yerinə düşər”.

Tarix: 9 Aprel 2021, 20:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin