BURADA REKLAMINIZ OLA
BİLƏR

Türk Şurasına üzv olan ölkələrin teleradio qurumlarına yeni tapşırıq verildi

“Təəssüf ki, koronavirus pandemiyası media resurslarının bir araya gəlməsi və forumların keçirilməsinə imkan vermir. Pandemiya bitdikdən sonra Türkiyə və Azərbaycan arasında media platforması konsepsiyası yaratmaq fikrindəyik. İstəyimiz odur ki, iki dövlətin media qurumları bir araya gələrək qarşılıqlı münasibətlər qursunlar və birgə layihələr həyata keçirsinlər”.

 

Pravda.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

 

O qeyd edib ki, Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin bugünkü toplantısında televiziya və radio şuraları qarşısında tapşırıq qoyuldu ki, Türk Şurası ölkələrinə aid olan xəbərlərin işıqlandırılmasının illik monitorinqi aparılsın: “Bu sahədə işin təkmilləşməsinə ehtiyac var. Növbəti vacib istiqamət ölkələrimizə qarşı dezinformasiya və saxta, çirkli kampaniyaların aparılmasıdır. 44 günlük Vətən müharibəsində bu təcrübəni bir daha gördük. Prezidentin dünyanın 30-dan çox aparıcı mətbuat qurumuna verdiyi müsahibələr bütün informasiya blokadasını darmadağın etdi, Azərbaycan reallıqlarını təqdim etdi. Bu kimi kampaniyalar bu gün də aparılır. Düşünürük ki, bu sahədə qardaş ölkə ilə birlikdə səyləri davam etdirməliyik”.

Tarix: 10 Aprel 2021, 16:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin