Kriminal aləmdə Albert Rıjiy və Albert Gəncəli kimi tanınan Əli Heydərov bu gün Moskvada qətlə yetirilib. Onu saat 13 radələrində yaşadığı binanın idman zalında güllələyiblər.
Hücumda bir nəfər iştirak edib və ona atəş edilib. Sonuncu güllə onun başından vurulub və sağ qalmaq şansı qalmayıb. Killerin əlində qırmızı çanta olub. O, sakit şəkildə çantanı da götürərək hadisə yerini tərk edib. Qatil atəş açdığı "pistolet-pulemyot"u da həmin çantada gətiribmiş. Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. 1996-cı ildə Azərbaycandan Rusiyaya köçüb və Arxangelskdəki Komsomolskaya mütəşəkkil cinayətkar dəstəsinə qoşulub.2000-ci ildə oğurluq, döymə və öldürmə təhdidi də daxil olmaqla bir neçə sayda cinayətdə təqsirli bilinib və ilk məhkumluğunu yaşayıb. Məhkəmə Alberti 6 il azadlıqdan məhrum edib.
Albert həbsdən çıxdıqdan sonra kriminal aləmin "general”larından sayılan "Ded Xasan”ın klanına daxil ola bilib.Bu klan tərəfindən 2002-ci ildə Sank-Peterburqda keçirilən "sxodka”da "qanuni oğru” adı alıb.
Bundan sonra Albert Gəncinki, Albert Rıjıy, Albert Arxangelsk kimi ayamalarla tanınmağa başlayıb.
Ded Xasan tərəfindən Albert Rıjıy Rusiyanın Şimal-Qərb regionu üzrə "smotryayuşi” təyin edilib.
Albert Ded Xasanın qətlindən sonra da klana sadiq qalıb. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı Arxengelskdə qeydiyyatdadır.
Həmin dövrlərdə Lotu Quli Albetlə eyni klanda olmasına baxmayaraq, aralarında düşmənçilik olub. 2014-cü ildə isə Albert Rıjıya sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi o zaman Azərbaycanda həbsdə Lotu Qulinin adının hallandırılması münasibətləri gərginləşdirib. Sifarişdə Lotu Qulinin qohumunun adının hallanması kriminal aləmin diqqətini dərhal bu mövzuya yönəltdi. Albert Rıjıy Piterdə “sxodka” keçirdi və bu qətlinin sifarişçisi kimi Qulinin adının hallandırılması geniş müzakirəyə səbəb oldu, onlar arasında münasibətləri daha da kəskinləşdirib. Bu məsələ ilə bağlı keçirilən “sxodka”da iştirak edən Aliksey Qudına (Lexa İrkutski) Albert Rıjıya sui-qəsdə həmyerlisi Qulinin adının hallanmasına etiraz edir. Qudına iddia edir ki, sui-qəsd məsələsini Albert Rıjıy özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.
Məhkəmədə hakim sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib. Nəticədə sui-qəsdin təşkilatçısı kimi ittiham olunan Qulinin qohumu İlham Hacıyevə tam bəraət verilib. “Muzdlu qatillər” hesab edilənlər isə bəraət aldı.
O zaman Türkiyənin Ədirnə şəhərində bu “söhbətin razborkası” da qanla bitmişdi. Lotu Qulinin qardaşı Namiq Bakinski və ona yaxın digər kriminallar Albert Rıjıy arasında silahlı toqquşma baş vermişdi. Bu toqquşmada Əli Heydərovun mühafizəçisi ölmüş, özü isə canını qurtara bilmişdi.