“Baku Steel Company” MMC-nin əritmə sexində qəza baş verib.
Pravda.az xəbər verir ki, aprel ayının 12-dən 13-nə keçən gecə baş verən hadisə nəticəsində xəsarət alan olmayıb.
MMC-dən bildirilib ki, hadisənin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb:
“İstehsalatın təhlükəsizliyinin təmin olunması müəssisə rəhbərliyi üçün ən önəmli və prioritet məqsəddir. Bu baxımdan təhlükəsizlik tələblərinə tam əməl olunmaqla, zavod fəaliyyətini normal qaydada davam etdirir”.
“Baku Steel Company”də baş verən qəza ilə bağlı AÇIQLAMA