BURADA REKLAMINIZ OLA
BİLƏR

"Zamiqlə Abbası barışdırmaq üçün 8 min hesab ödədim"

Xalq artisti Röya Ayxan Əməkdar artist Abbas Bağırovla müğənni Zamiq Hüseynovu barışdırmasından danışıb.

Pravda.az xəbər verir ki, müğənni "ATV maqazin onlarla"ya açıqlamasında ifaçıları barışdırmaq üçün 8 min hesab ödədiyini deyib:

"İki il əvvəl Moskvaya toya getdim, bəlli qiymətim var. Amma bu toy üçün 12 min aldım. Kənan (prodüseri Kənan Bayramov - red.) dəli olmuşdu ki, nə edirsən. Dedim, Abbasla Zamiqi barışdırmalıyam, həmin məclisə getməliyəm. Restoranda 8 min hesab vermişdim. İki gün yeyib-içdik. İndi bizə gəlib oturanda deyirəm belə olacaqdınızsa, niyə mənə 8 min hesab verdirib, italyan şərablarını açdırırsınız? Barışığı sevirəm, amma qadınları barışdırmağa getmirəm".

Tarix: 13 Aprel 2021, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin