BURADA REKLAMINIZ OLA
BİLƏR

“ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları ləğv edilməlidir” - Lavrov


Moskva Hərtərəfli Birgə Fəaliyyət Planı ilə əlaqəli olmayan ABŞ sanksiyalarının tamamilə ortadan qaldırılmasında israrlıdır.

Pravda.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Bizim mövqeyimiz aydındır. Bu mövqe iranlı dostlarımızın yanaşması ilə tamamilə yekdildir. Vaşinqton tərəfindən tətbiq olunan bütün birtərəfli sanksiyalar Hərtərəfli Birgə Fəaliyyət Planının birbaşa olaraq pozulmasıdır və bu sanksiyalar sözsüz ki, ləğv edilməlidir”, - deyə Rusiya XİN başçısı qeyd edib.

Rusiyalı nazir vurğulayıb ki, ölkəsi ABŞ-ın İranın nüvə sazişinin tam icrasına qayıdacağına ümid edir: “Ümid edirik ki, Hərtərəfli Birgə Fəaliyyət Planı qorunub saxlanılacaq və Vaşinqton nəhayət BMT Təhlükəsizlik Şurasının sözügedən qətnaməsinin tam yerinə yetirilməsinə qayıdacaq. Bu da öz növbəsində İranın nüvə anlaşmasının bütün tələblərinə əməl etməsi üçün ilkin şərtlər yaradacaq”.

Tarix: 13 Aprel 2021, 12:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin