BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda bu qadağa götürüldü

Nazirlər Kabineti yanında Operativ Qərargah daha 3 növ üzrə Azərbaycan milli komandalarına məşq icazəsi verib.

Pravda.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədov məlumat verib.

O bildirib ki, qrapplinq və həndbol üzrə kişilərdən ibarət yığmaların, həmçinin voleybol üzrə kişi və qadınlardan ibarət milli komandaların təlim-məşq toplanışları üçün razılıq alınıb: "Bu idman növlərinin qarşıda beynəlxalq yarışları nəzərdə tutulur. Nazirlik olaraq Operativ Qərargaha müraciət etmişik. Qərargah da onların hazırlıq prosesinə icazə verib".

Nazirlik rəsmisi artıq bu komandaların hazırlıqlara başladığını sözlərinə əlavə edib. O deyib ki, həndbol və voleybol millilərinin toplanışı aprelin 30-da, qrapplinqdə isə aprelin 23-də başa çatacaq.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah daha əvvəl futzal millisinə qapalı məkanda məşq və oyun üçün icazə verib.


Report

Tarix: 13 Aprel 2021, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin