BURADA REKLAMINIZ OLA
BİLƏR

“Hərbi Qənimətlər Parkının salınması tariximizin şanlı səhifələrindəndir”

"Vətəndaşlarımız parkı ziyarət etməyi ənənəviləşdirəcək, o cümlədən şahidi olacaqlar ki, bizim şəhid və qazilərimiz necə böyük qəhrəmanlıq göstərib bu cür silahlarla silahlanmış düşmən qarşısında yenilməz iradə nümayiş etdiriblər. Bu baxımdan, Hərbi Qənimətlər Parkının salınması tariximizin şanlı səhifələrindəndir".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 

 

Deputat bildirib ki, Zəfər parkının salınması Vətən torpağını qorumağı stimullaşdıran bir mənbə olacaq: "Zəfərdən sonra Azərbaycanda bununla bağlı əvvəlcədən hazırlıq işləri görülürdü. Paradda hərbi qənimətlərin cüzi bir hissəsinin göstərilməsi nəzərdə tutulsa da, sonradan park salınaraq xüsusi nümayiş etdirilməsi planlaşdırıldı. İnsanların müharibə haqqında daha aydın təsəvvürlərinin yaranması, necə böyük qələbə qazandığımızı dərk etmələri baxımından parkın açılışı olduqca əhəmiyyətlidir. Həmçinin beynəlxalq ictimaiyyətə də erməni faşizminin mahiyyəti barədə daha dolğun bilgi vermək baxımından çox önəmli hadisədir. Ölkə Prezidenti də öz çıxışında bu məqamları xüsusi vurğuladı".

 

Qeyd: Aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılış tədbiri keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

 

Nəzrin Cavid

Tarix: 13 Aprel 2021, 16:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin