BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ukraynanın gələcəyi ilə yaxından maraqlanırıq” - Hulusi Akar

“Ukraynanın gələcəyi ilə yaxından maraqlanırıq. Onların təhlükəsizliyi, sülh içində yaşaması, ərazi bütövlüyü məsələsində dövlət olaraq bəyanatlarımızı vermişik”.

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Krımın ilhaqını tanımadığımızı, Krım tatarlarının gələcəyi ilə yaxından maraqlandığımızı söylədik. Biz hər zaman dediyimiz kimi beynəlxalq hüquq çərçivəsində, ərazi bütövlüyünə hörmət əsasında, sülh yolu ilə Rusiya və Ukrayna arasında gərginliyin bir an əvvəl bitməsinin tərəfdarıyıq”, - deyə türkiyəli nazir vurğulayıb.

Tarix: 13 Aprel 2021, 17:47   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin