"Şou biznesdəki kişilərin hamısı bığ saxlasın. Saqqal yox, hamısı bığ. Estafet keçirsinlər. Yaraşdı, yaraşmadı bir-birinə ötürsünlər. Əsl bığa layiq kişilər azərbaycanlı kişilərdir".
Pravda.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "ATV maqazin onlarla" proqramında deyib. Müğənni şou-biznesdəki kişilərə səslənib:
"Eyyub Yaqubovun bığı xoşuma gəlir. Qəşəng bığı var. Xoşlayıram ki, kişi kobud, xasiyyəti yumuşaq olsun. Mənim üçün maraqlıdır Nadir Qafarzadə. Arada saxladı və dəyişdi. Şou-biznesdəkilərin bəzisi bığ saxlayır, mənasını bilmir".