“Dönüb Azərbaycanın müstəqillik qazandığı dövrdən əvvəlki illərə nəzər salsaq yerüstü, yeraltı sərvətlərə sahib olmasına baxmayaraq ölkəmizin iqtisadi tənəzzül dövrünü yaşadığının, qarşıdurmaların, hərc-mərcliklərin, səriştəsiz idarəetmənin ölkəmizi uçurumun kənarına sürüklədiyinin şahidi olarıq. Sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə, əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan geridə qalmış ölkələrdən birinə çevrilmişdi”.
Pravda.az-ın xəbərinə görə, bu fikirləri YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev deyib.
N.Həmzəyev bildirib ki, Ulu öndər Heydər Əliyevin və dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörənliyi, praqmatik, dərin, siyasi baxışları nəticəsində Azərbaycan bu gün dünyada öz qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellekti ilə tanınan diyara çevrilib, irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi çıxış edir: “Hər ötən il ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi Azərbaycanı sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasına daxil edib.