BURADA REKLAMINIZ OLA
BİLƏR

Hakan Şükür: “Kafe işlətmişəm, qəhvə satıb, qab yumuşam”

Bir neçə gün öncə ABŞ-da taksi sürərkən görüntülənən “Qalatasaray” və Türkiyə millisinin sabiq hücumçusu Hakan Şükür yeni açıqlama yayıb.

 

Pravda.az-ın xəbərinə görə, futbolçu “Uber”də əyləncə üçün sürücülük etdiyini deyib:

 

“Dünya mediasına verdiyim bir müsahibə ilə xəbər oldum. Mən idmanda qalmaq istəyirəm. Yaşadıqlarımla bağlı nələrisə demək istəmirəm. Çox şükür həyatımızı idarə etməyə çalışırıq. Müsahibə verərkən “Uber”i də söylədim. Amma bunu vaxtaşırı həzz almaq üçün edirəm. Peşə olaraq sürücülük etmirəm. Səhhətim buna da yol vermədiyi üçün həyat yoldaşım da bu işdə çalışmağıma icazə verməz. Kafe işlətmişəm, qəhvə satıb, qab yumuşam. Ancaq bunları Amerikaya adaptasiya olmaq üçün etmişəm. Əlbəttə pul qazanmaq istəyərsinizsə, bunu da edərsiniz”.

 

Qeyd edək ki, FETÖ-çülükdə ittiham olunan Hakan Şükür haqqında 2015-ci ildə həbs qərarı verilib. Şükür bu qərardan sonra ABŞ-a mühacirət edib. Onun və ailəsinin Türkiyədəki bütün var-dövlətinə girov qoyulub.Modern.az

Tarix: 16 Yanvar 2020, 23:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin