BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentin köməkçisi: “Paşinyanın 20 Yanvar şəhidləri barədə fikirləri cəfəngiyyatdır”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Baş Naziri Nikol Paşinyanın 20 Yanvar şəhidləri ilə bağlı fikirlərinə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfi cəfəng, ziddiyyətli bəyanatlar verir.

 

H. Hacıyev N. Paşinyanın 20 Yanvar şəhidlərini ekstremist adlandırdığını xatırladıb: “Bu, cəfəngiyyatın bariz nümunəsidir, ondan başqa nə gözləmək olardı? O, Soljenitsını faşist cəlladı, faşist qüvvələrinin tərkibində qulluq etmiş Njde Qareginlə müqayisə etmişdi”.

 

H. Hacıyev 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğunu, şəhidlərin xatirəsinin əziz tutulduğunu vurğulayıb: “20 Yanvar beynəlxalq səviyyədə, bütün diplomatik nümayəndəliklərimizdə də qeyd olunur. 20 Yanvar faciəsi ilə bağlı müxtəlif tədbirlər keçirilir, faciə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır”.

Tarix: 17 Yanvar 2020, 12:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin