BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncədə təşviqat kampaniyasına start verildi

Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verilib.

 

Pravda.az-ın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsi parlament seçkiləri ilə bağlı çevik, operativ fəaliyyət göstərir, partiya üzvləri bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib, partiya fəallarından, ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb.

 

YAP Mərkəzi Seçki Qərargahının Gəncə şöbəsinin tədbirlər planı hazırlanıb. YAP tərəfindən namizədliyi irəli sürülmüş Həmzəyev Naqif Ələşrəf oğlu, Kərimzadə Pərvin Orxan qızı, Quliyev Musa İsa oğlu və Cəfərov Müşfiq Cəfər oğlunu ictimaiyyətə daha yaxından tanıtmaq üçün təbliğat aparılacaq və onlar yerlərdə seçicilərlə görüşəcəklər.

 

Təbliğat-təşviqat kampaniyası 37, 38, 39 və 40 saylı Seçki Dairələri üzrə müəyyən olunmuş xüsusi yerlərdə namizədlərin şəkilləri əks olunmuş plakatların asılması ilə başlayıb. Namizədlərin təbliğatı üçün hazırlanmış bukletlər, təbliğat-təşviqat materialları da seçicilərə çatdırılacaq.

Fotoları təqdim edirik
Tarix: 17 Yanvar 2020, 13:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin