Türkiyəli iş adamı Cüneyt Yılmaz tapançayla 14 yaşlı qızını öldürərək, intihar edib. 


Pravda.az xəbər verir ki, psixoloji problemləri olan iş adamının 5 ildir ki, müalicə olduğu bildirilir. 


İddialara görə, mərhum intihardan əvvəl yazdığı 6 səhifəlik məktubda həyat yoldaşını təqsirləndirib.


Mənzilə daxil olarkən həyat yoldaşı və qızının meyitlərini görən mərhumun həyat yoldaşı psixoloji travma keçirib.


Faktla bağlı cinayət işi açılıb.  Araşdırmalar davam etdirilir.


Azxeber.com