BURADA REKLAMINIZ OLA
BİLƏR

MSK Mətbuat qrupunun tərkibində dəyişiklik etdi

Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov məlumat verib.

 

Q. Orucov deyib ki, bir sıra KİV-lər bununla bağlı MSK-ya müraciət edib. Buna görə də mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb. Q.Orucov təklif edib ki, “ANS” telekanalı, “Olaylar” və “Gündəlik Teleqraf” qəzetləri qrupun tərkibindən çıxarılsın, “Azad Azərbaycan” TV, “Real” Təhlil və İnformasiya Mərkəzi (“Real” TV) “Report” İnformasiya Agentliyi və “Gündəlik Teleqraf” MMC-nin nümayəndələri MSK nəzdində fəaliyyət göstərən Mətbuat Qrupunun tərkibinə daxil edilsin.

 

Təklif səsə qoyularaq qəbul edilib.

Tarix: 17 Yanvar 2020, 14:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin