ABŞ və NATO qoşunların Əfqanıstandakı bir sıra bazalardan çıxarılmasına başlayıb.

Pravda.az xəbər verir ki, bu barədə Kabildə keçirilən konfransın gedişatında ABŞ və NATO-nun Əfqanıstandakı qoşunlarının komandanı general Skott Miller bildirib.

"Biz hərbçilərin bir sıra bazalardan çıxarılmasını həyata keçirməyə başladıq", - o deyib.

Bundan başqa, Miller əlavə edib ki, hərbçilər bütün bazalarını Əfqanıstanın hərbi qüvvələrinə verəcəklər.

ABŞ administrasiyası daha əvvəl elan edib ki, Əfqanıstandan qoşunların çıxarılması mayın 1-də başlayacaq və 11 sentyabra qədər yekunlaşacaq. Bildirilib ki, qoşunların çıxarılması prosesi müttəfiqlərlə tam koordinasiyalı formada gedəcək.