BURADA REKLAMINIZ OLA
BİLƏR

Fəzail Ağamalı təşviqat kampaniyasına aprel şəhidinin evindən başladı - FOTOLAR

2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 60 saylı Salyan- Neftçala seçki dairəsindən namizədliyi qeydə alınan Fəzail Ağamalı seçicilərlə görüşlərə start verib.

 

Pravda.az-ın xəbərinə görə, Xələc kəndində keçirilən görüşdən öncə Fəzail Ağamalı çoxsaylı seçicilərin iştirakı ilə 2016-cı ilin aprel döyüşlərində şəhid olan Baş leytenant Rəşid Mehdiyevin ata ocağında olub. Şəhidin atası Rövşən Mehdiyevlə birgə kəndin Şəhidlər xiyabanı ziyarət edilib. Onların ruhuna dualar oxunub.

 

Daha sonra Xələc kəndində seçicilərlə görüş keçirilib. Fəzail Ağamalı son dörd ildə deputatlıq fəaliyyəti və ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətlə bağlı məlumat verib. Seçicilərin rəy və təklifləri ətrafında fikir mübadiləsi aparılıb və seçicilər qarşıdan gələn parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini söyləyib ona uğurlar arzulayıblar.

 

Daha bir görüş seçki dairəsinin ərazisində yaşayan Qarabağ qaziləri ilə keçirilib. 60-dan çox qazinin iştirak etdiyi görüşdə ölkə prezidenti cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şəhid ailələrinə, Qarabağ qazilərinə göstərdikləri diqqət və qayğı minnətdarlıq hissi ilə qeyd olunub. Eyni zamanda onlar tərəfindən qaldırılan bir sıra problemlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə qazilər Fəzail Ağamalını dəstəklədiklərini vurğulayıb, ona seçkilərdə qələbə arzulayıblar.

 

 

Fotoları təqdim edirik
Tarix: 17 Yanvar 2020, 19:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin