BURADA REKLAMINIZ OLA
BİLƏR

YAP-dan Rusiyada hökumət dəyişikliyinə MÜNASİBƏT

“Hökumət dəyişikliyindən sonra Rusiyanın xarici siyasəti dəyişməz olaraq qalacaq”. Bunu RİA “Novosti”yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. Onun sözlərinə görə, Rusiyanın xarici siyasətini prezident müəyyənləşdirir, hökumət dəyişdikdən sonra mövcud xətt qorunub saxlanacaq.

 

XİN başçısının müavini həmçinin qeyd edib ki, Rusiyanın xarici siyasəti ölkənin dünyadakı mövqeyini gücləndirməyə yönəlib və dünya arenasında böyük nüfuza malikdir.

 

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, V çağırış üzrə hakim partiyanın deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədə qurulub.

 

Onun sözlərinə görə, bu münasibətlərə ölkənin daxili siyasətindəki dəyişikliklər heç bir təsirini göstərmir.

 

İqtidar partiyasının funksioneri qeyd etdi ki, Azərbaycan-Rusiya əlaqələri mehriban qonşuluq çərçivəsindədir və qarşılıqlı siyasi-iqtisadi münasibətləri yüksəltmək baza prinsipi kimi qəbul edilib: “Rusiyanın içərisindəki dəyişikliklər öz daxili işidir və hökumətdə kimlərin gəlməsindən asılı olmayaraq, münasibətləri yüksək səviyyədə qoruyub saxlamağa üstünlük veririk. Bunu Rusiyada da bilirlər və hesab edirəm ki, yeni hökumət qurulması ilə iki ölkə arasında münasibətlər daha da inkişaf edəcək”.

Tarix: 18 Yanvar 2020, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin