“Ac adam əsəbi olar. Ermənilər fəlakət içərisindədirlər. Məğlub dövlət, isterik vəziyyət, psixoloji durum gərgin... Üstəlik də ac-yalavacdırlar”.
Elman Nəsirov: “Ermənilərin vəziyyəti çox pisdir, ac-yalavacdırlar”
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, kommunikasiyaların bərpası, blokadanın götürülməsi, Türkiyə-Ermənistan sərhədinin açılması orta statistik erməninin dolanışığında fərq yarada bilər: “Onlar hiss etməlidirlər ki, Türkiyə və Azərbaycanla əlaqələr bərpa olandan sonra çörək gəlməyə başlayıb, iş tapıblar, dolanırlar. Biz bunu əməli işdə göstərmək istəyirik. Siyasət, strategiya budur. Ermənilərin vəziyyəti çox pisdir. Azərbaycan bu addımlarla yanaşı hərbi gücünü də artırır”