BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Rüstəmov bankların bizneslərə uzunmüddətli kreditlərin verməməsinə aydınlıq gətirdi

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) məlumatına görə, Azərbaycanda şirkətlərin öz daxili layihələrini maliyyələşdirmək üçün AYİB-lə əməkdaşlığı həm də ondan irəli gəlir ki, sözügedən müəssisələr yerli bazarda yüksək məbləğdə məqbul şərtlərlə olan kreditlər cəlb edə bilmir.

Pravda.az-ın məlumatına görə, bu gün faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu məsələyə toxunaraq bildirib ki, bu gün bank sektorunda likvidlik səviyyəsi normanı iki dəfə üstələyir və 63-64% təşkil edir, bu, dəyəri olan vəsaitlərdir və banklar onları istifadə etməkdə maraqlıdır.

Lakin onun sözlərinə görə, bankların Azərbaycanda bizneslərə uzunmüddətli kredit verməkdə istəksizliyi sözügedən maliyyə təşkilatlarının öz resurslarının qısamüddətli olması ilə əlaqədardır və onlar qısamüddətli resursları ilə uzunmüddətli öhdəlikləri və kreditləri maliyyələşdirmək məcburiyyətindədir, bu isə riskli prosesdir.

Tarix: 30 Aprel 2021, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin