BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavanşir Paşazadə seçgiqabağı təşviqata başladı

2020-ci il fevralın 9-da keçiriləcək parlament seçkilərində 75 saylı Masallı-Lənkəran seçki dairəsindən deputatlığa namizəd Cavanşir Paşazadə seçicilərlə görüşlərə başlayıb.

 

Pravda.az xəbər verir ki, C.Paşazadə Vilvan, Cil ve Şağlaser kəndlərində seçicilərlə görüşüb.

 

Görüşdə kənd sakinləri deputatlığa namizədə səs verəcəklərini bildiriblər. Görüş böyük coşqu ilə keçib. Sonda Cavanşir Paşazadə hər bir seçiciyə təşəkkür edərək, hər zaman olduğu kimi, növbəti dəfə seçiləcəyi təqdirdə yenə də onlara şərəflə xidmət edəcəyini deyib.

Fotoları təqdim edirik
Tarix: 18 Yanvar 2020, 17:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin