Rusiya Prezidenti Vladimir Putin məmurların ikinci vətəndaşlıq və ya xaricdə oturma izni almasını qadağan edən qanun imzalayıb.
Pravda.az RİA Novosti-yə istinadən xəbər verir ki, sənəd rəsmi hüquqi internet portalında yayımlanıb.
Qadağa birbaşa dövlət təhlükəsizliyi, gömrük orqanları, hərbi qulluqçular, mühafizəçilər, Fövqəladə Hallar Nazirliyi, Federal Penitensiar Xidmət, millət vəkilləri, Rusiya Federasiyası subyektlərinin rəhbərləri, Mərkəzi Bank, Daxili İşlər Nazirliyinin və İstintaq Komitəsinin işçiləri, habelə Uşaq Hüquqları üzrə Müvəkkil, Maliyyə Ombudsmanı və ictimai nəzarət komissiyalarının üzvlərinə aid edilir.
Həmçinin, ikinci oxunuşda bu siyahıya Mərkəzi Bankın sədr müavinləri də daxil edilib.