Zaqatala sakini evinin bütün enerji sistemini idarə etmək üçün xüsusi qurğu hazırlayıb.
Pravda.az-ın xəbərinə görə, 44 yaşlı Sahib Şahmalıyevin ərsəyə gətirdiyi kənardan idarə edilən kombi sistemi öz üstünlükləri ilə ağıllı ev sistemindən fərqlənir.
Belə ki, bu sistem vasitəsi ilə, yalnız kombi və yaxud hansısa qaz cihazını deyil, evdə istifadə edilən bütün enerji sistemini yalnız internet şəbəkəsinə qoşulmuş smartfon telefonları ilə istənilən məsafədən idarə etmək mümkündür.