Sosial şəbəkədə “Səba” şirkətinin istehsalı olan toyuq məhsulları üzərindəki loqo müzakirələrə səbəb olub. Qablaşdırılmış toyuq məhsullarına vurulan “Gimdes” sertifikatının loqosu məzhəb qeydinə görə birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı “Səba” açıqlama verib.
Şirkət bu halın dizayner səhvi olduğunu bildirib və yol verilən yanlışlığa görə istehlakçılarından üzr istəyib: “Bir qida istehsalçısı kimi, halallıq bizim üçün təkcə dinimizin tələbləri deyil, həm də insan sağlamlığı üçün vacib istehsalat prosesləri zənciridir. 2014-cü ildə ilk dəfə GİMDES Halal və Tayyib Sertifikatı ilə bağlı “Səba” müəssisələrində yoxlamalar aparılıb, müəssisə sertifikatlaşdırıldıqda verilən sertifikatda kəsimin məhz bütün məzhəblərə uyğun aparıldığı göstərilib.
Hər il yoxlama zamanı bu fakt bir daha yenilənmiş sertifikatlarda əksini tapır. Bunu nəzərə alan GİMDES “Səba”nın istifadə etməsi üçün loqoda heç bir məzhəb göstərilməməsi barədə razılıq verib.
