BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

USAİD-in yeni rəhbəri Samanta Pauerin andiçmə mərasimi baş tutub

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı keçmiş Daimi Nümayəndəsi Samanta Pauerin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri vəzifəsində andiçmə mərasimi keçirilib.

 

Bu barədə Ağ Evdən məlumat verilib.

 

Xatırladaq ki, 2003-cü ildə Pulitzer mükafatı laureatı, 50 yaşlı irlandiyalı Pauer 2013-2017-ci illərdə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəsi vəzifəsində çalışıb.

 

1961-ci ildə yaradılan USAİD ölkənin xarici yardım məsələləri sahəsində ən yüksək federal hökumət orqanıdır. Agentliyin rəhbəri və onun müavini ABŞ Senatının razılığı ilə prezident tərəfindən təyin edilir və Dövlət Departamenti ilə koordinasiyalı fəaliyyət göstərir. Agentliyin əsas fəaliyyət sahələri ticarət, kənd təsərrüfatı, səhiyyə, humanitar və iqtisadi inkişafa dəstək vermək, digər ölkələrdə münaqişələrin qarşısının alınmasında və demokratiyanın inkişafında kömək etməkdir.

Tarix: 4 May 2021, 01:04   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin