BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Fransada kilsə yandı - Video

Fransanın Lil şəhərində müqəddəs Pyotr və Pavel kilsəsində yanğın olub.

 

Pravda.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen bildirib.

 

Hadisənin səbəbləri müəyyənləşdirilir.

 

Yerli “La Voix du Nord” nəşrinin məlumatına görə, yanğın mayın 3-ü yerli vaxtla saat 20:00 radələrində (Bakı vaxtı ilə saat 22:00-red.) başlayıb. Onun söndürülməsi üçün 60-dan çox canlı qüvvə, 3 yanğınsöndürən maşın cəlb olunub. 

 

Qeyd edək ki, Lildəki kilsənin əsası 1854-cü ildə keçmiş kərpic zavodunun ərazisində qoyulub, inşası 1857-ci ildə başa çatıb. Tikilinin memarı Pyer Kaloandır.

Tarix: 4 May 2021, 08:11   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin