Şəmkir rayonunda oğurluq hadisəsi olub.
Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Cinayət Axtarışı İdarəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Şəmkir rayonundakı evlərin birindən 11 000 manat pul oğurlamaqda şübhəli bilinən Yeni Həyat kənd sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.
Şəmkirdə evdən 11 000 manat oğurlandı