BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Həsənovun oğlunu məhkəməyə verdilər - SƏBƏB

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Kaspi Global” Məhdud  Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı məhkəmə iddiası qaldırıb.

Pravda.az-ın məlumatına görə, məhkəmə baxışı bu gün - 07.05.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baş tutacaq.

Məhkəmə iddiasının müqavilə tələbini ilə əlaqəli olduğu bildirilir.

Qeyd edək ki, məhkəmə iddiasında borclu olaraq göstərilənın “Kaspi Global” MMC-nin direktoru Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlidir.

Hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Fikrət Əmirov, ev 1-də yerləşən “Kaspi Global” MMC 27.07.2011-ci ildə dövlət qeydiyyatına alınıb.


Yeniavaz.com

Tarix: 7 May 2021, 13:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin