BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyavuş Novruzov: “İnsanlarla yaşadığı ünvanlarda görüşməyə üstünlük veririk”

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bu gün jurnalistlərə açıqlamasında parlament seçkilərindən danışıb.

 

Pravda.az-ın xəbərinə görə, S.Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyasından 123 nəfərin namizədliyi qeydə alınıb:

 

"Yanvarın 17-dən təbliğat-təşviqat kampaniyasına start verilib. Bu kampaniyada partiya üzvlərimiz iştirak edirlər. Hər bir yerdə hər bir namizəd üçün bərabər şərait yaradılıb, qapalı və açıq, amma müəyyənləşdirilib. Orada da görüşlər keçirilir, biz insanlarla birbaşa yaşadığı ünvanlarda görüşməyə üstünlük veririk. Partiya tərəfindən aparılan siyasət birbaşa insanlara çatdırılsın. Partiyanın, dövlətin, prezidentin apardığı siyasət birbaşa insanlara çatdırılır. YAP namizədlərinin bu baxımdan kifayət qədər üstünlüyü var. Bu baxımdan da hesab edirik ki, bu mərhələni uğurla başa çatdıracaq".

Tarix: 20 Yanvar 2020, 11:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin