"Summativ testlərin əyani formada keçirilməsi planlaşdırılır. Pandemiya ilə bağlı vəziyyət obyektiv qiymətləndiriləcək və çalışacağıq ki, proses məktəb çərçivəsində həyata keçirilsin".
Məktəblərdə kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək - RƏSMİ
Pravda.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək: “İlin sonunda şagirdlərə daha az yük düşmək şərti ilə bir dəfə qiymətləndirilmə keçiriləcək. Nəticə olaraq, yarım il qiymətinin çıxarılması planlaşdırılır".