BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda fotoqrafın anasını yük maşını vuraraq öldürüb

Bakının Suraxanı rayonunda qadını yük avtomobili vuraraq öldürüb

 

Pravda.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

 

1955-ci il təvəllüdlü Məcnunova Peykar Qubad qızı yolu keçərkən onu “QAZel” markalı yük avtomobili vurub. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

 

Qeyd edək ki,  ölən şəxs tanınmış fotoqraf Səfiyar Məcnunun anasıdır.APA

Tarix: 21 Yanvar 2020, 00:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin