BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda səkiləri daraldıb parkinq yaratdılar - FOTOLAR

Bakının Nizami rayonunda C.Naxçıvani və B.Çobanzadə küçələrinin kəsişməsində bəzi obyekt sahibləri tərəfindən piyada səkilərinin zəbt edilməsi  halları qeydə alınıb.

Bu barədə Pravda.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, yeni inşa edilən obyektin qarşısında qanunsuz olaraq piyada səkisinin sahəsi daraldılmaqla parkinq yeri təşkil edilib.

Piyada səkisinin zəbt olunması ilə bağlı növbəti hal Xətai rayonunda - Xudu Məmmədov küçəsində qeydə alınıb.

Qeyd edilib ki, səkilərin zəbt olunması ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri addımlar atılacaq. Bu çərçivədə səkinin əvvəlcədən müəyyən olunan hüdudları boyunca təhlükəsizlik tumbaları qoyulacaq.
 








 

 




 

Tarix: 12 May 2021, 19:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin