BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda telefonla danışan gənci ildırım vurdu

Samuxda bədbəxt hadisə baş verib.

 

Hadisə rayonun Hacalı kəndində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü Sənan Zaur oğlu Həsənov təsərrüfatda mal-qara otaran zaman onu ildırım vurub. 18 yaşlı gənc həmin an ölüb.

 

İlkin məlumata görə, örüşdə qoyun otaran 3 nəfər olub. İldırım onların yaxınlığına düşdüyündən zərbədən hamısı müvazinətini itirərək yıxılıb. Digər 2 nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb.

 

İldırımın çaxdığı məqamda S.Həsənovun telefonla danışdığı bildirilib.

 

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

 

APA

Tarix: 17 May 2021, 21:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin