Başımı çiyninə söykəyəcəyim adam yoxdur. Bunu cəsarətlə deyirəm. Olub, var idi, sevənlərim çox idi. Hamının həyatında olur, hamı sevir. Amma mənim həyatımda heç kim yoxdur.
Pravda.az-ın xəbərinə görə, bu sözləri müğənni Türkan Vəlizadə “Xəzər” TV-də yayımlanan “X maqazin” proqramının “X adam” rubrikasında deyib.
Verilişin aparıcısı Zümrüd Bədəlova ilə həmsöhbət olan Türkan ürəyinin boş olduğunu deyib. O, fikirlərini belə davam edib:
“İstəyirəm ki, sevgim, dayağım olsun. Elə bir peşmanlıqlarla rastlaşdım ki, qəlbim sındı. Tək olmaq hamısından yaxşıdır. İndi hər şey yaxşılığa doğru gedir. O qədər qəlbim sındı ki, artıq orada heç kim yoxdur. Hər dəfəsində bir şey görürəm, qəlbim sınır, gözümdən düşür. İndi ürəyim boşdur. Vay o günə ki, ora kimsə girmək istəyə”.
O, gələcək həyat yoldaşını belə xarakterizə edib:
“Mənim üçün var-dövlətin, pulun əhəmiyyəti yoxdur. Əsas məni istəsin və qayğıma qalsın. Məni göydə tutsun. Heç kimin yanında gözükölgəli olmaq istəmərəm. Azdan-çoxdan işləyib, öz çörək pulumu qazanıram. Demirəm ki, milyonçuyam. Onun özünə görə pulu da olsun, var-dövləti də. Həmişə özümə deyirəm ki, ay Allah, qarşıma atam kimi bir həyat yoldaşı çıxar”.Oxu.az