BURADA REKLAMINIZ OLA
BİLƏR

Məleykə Əsədovanın Şəhidlər xiyabanındakı geyimi tənqid edildi – Bacısı açıqlama verdi

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədovanın Şəhidlər Xiyabanında çəkilən qalmaqqalı görüntüsünə aydınlıq gətirilib.

 

Pravda.az-ın xəbərinə görə, aktrisanın bacısı isə bildirib ki, həmin görüntü iki il bundan əvvəl çəkilib.

 

"Onu tənqid edənlər görmür ki, Məleykə yay geyimindədir? Şəhidlər Xiyabanında qışda elə geyim olar? İki il bundan əvvəl tədbir olub. Həmin tədbir başa çatandan sonra iştirakçılar Şəhidlər Xiyabanına ziyarətə gediblər. Məleykə də onlarla olub. Onu paylaşanlar xəstədirlər”.

 

Qeyd edək ki, Xalq artisti Məleykə Əsədovanın Şəhidlər Xiyabanından çəkilmiş görüntüləri sosial şəbəkələrdə müzakirəyə səbəb olub. İzləyicilər aktrisanın ziyarətə belə geyimdə getməsini sərt tənqid edib. Onun barəsində "Sanki ziyarətə yox, podiuma gedib”, "Moda göstərir”, "Qəbir üstünə gedib, ya bulvarda gəzməyə?” kimi rəylər yazılıb.Qaynarinfo

Tarix: 21 Yanvar 2020, 18:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin