"Həyatda o qədər haqsızlıq gördüm ki, məcburən məni Elzalığımdan çoxdan çıxartdılar. Özümə şou sənətkarı deyirəm. Bu sənətin həm xadiməsiyəm, həm xanımıyam. Bəziləri var ki, onları süpürgə kimi silib atıram. Heç vaxt xəyanət görmədim. Amma mənə qarşı çox qısqanclıqlar oldu. Qadın kişinin yanında zərif, incə olmalıdır. Kişilər güclü qadınları görür amma boyunlarına almır".
Pravda.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Üzə-düz" proqramında deyib. Müğənni şəxsi həytından danışıb: